Azərbaycan kimya məhsullarının ixracını 3 dəfə artırıb

15.05.2019 14:56
178
Azərbaycan kimya məhsullarının ixracını 3 dəfə artırıb


Bu ilin ilk 4 ayında Azərbaycandan 104 min 238 ton kimya sənayesi məhsulları ixrac edilib.


Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri 24 milyon 347 min ABŞ dolları olub.


2018-ci ilin müvafiq dövründə ölkədən ixrac olunan 38 min 41 ton kimya məhsulunun dəyəri 18 milyon 390 min dollar təşkil etmişdi.


Ekspress.az