Biləsuvarda ağır qəza: 2 ölü, 4 yaralı


27.06.2019 16:08
278
Biləsuvarda ağır qəza: 2 ölü, 4 yaralı

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.


Ekspress.az xəbər verir ki, hadisə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında qeydə alınıb.


Belə ki, "Lada Priora" və VAZ-21015 markalı minik avtomobilləri toqquşub. Nəticədə 2 qadının hadisə yerində öldüyü və onların meyitlərinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verdiyi bildirilib (report).


Eyni zamanda 4 yaralı xəstəxanaya yerləşdirilib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND