"Miq-29" təyyarəsinin axtarışlarına Rusiyada qoşuldu - AÇIQLAMA

08.08.2019 15:56
236
"Miq-29" təyyarəsinin axtarışlarına Rusiyada qoşuldu - AÇIQLAMA

Rusiyanın Xəzər dənizi filotiliyası Azərbaycan Silahlı Qüvvələrinin qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışında iştirak edəcək.


Ekspress.az xəbər verir ki, bunu Cənub Hərbi Dairəsinin mətbuat katibi Vadim Astafyev jurnalistlərə açıqlamasında deyib. 


O bildirib ki, axtarış bölgəsinin ərazisi 600 kvadrat kilometrdən çoxdur, dərinliyi isə 40 metrdir.


Məlumata görə, Rusiyanın Xəzər dənizi filotiliyası 2 gündən sonra axtarışa qoşulacaq. 

Axtarış dəstəsinin tərkibində 50-yə yaxın şəxsin olduğu bildirilir. 


Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. 

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.


İyulun 31-də Türkiyənin aidiyyəti qurumlarının xüsusi avadanlıqlar və qurğularla təchiz edilmiş mütəxəssisləri təlim-məşq uçuşları zamanı qəzaya uğramış hərbi təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara cəlb olunub.


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND