Pambıq yığan xanıma avtomobil hədiyyə edildi - FOTO

07.10.2019 09:58
47
Pambıq yığan xanıma avtomobil hədiyyə edildi - FOTO

Özbəkistanda pambıq yığımı zamanı əl əməyinə daha çox qiymət verilir.


Ekspress.az xəbər verir ki, bu barədə Azərtac Özbəkistan Qadınlar Komitəsinin (ÖQK) mətbuat xidmətinə istinadla məlumat yayıb. Ölkənin Baş nazirinin müavini, ÖQK-nin sədri Elmira Basitxanova və bu sahənin digər yüksək səviyyəli məmurları Daşkənd vilayətinin Akkurqan rayonunda pambıq yığımı tarlasına gediblər. E.Basitxanova tarlada işləyən qadınlarla görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb, simvolik hədiyyələr təqdim edib.


Bir çox hallarda yaşlı qadınlar və kişilər də öz istəkləri ilə bu kampaniyaya qoşulurlar.

Məsələn, 92 yaşlı qadın pambıq yığımında aktiv iştirak etdiyinə görə, Daşkənd vilayət hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb.


Əndican vilayət hakimiyyəti isə sutkada 500 kiloqram pambıq yığdığı üçün bir qadına avtomobil hədiyyə edib. (unikal)



500 kiloqram pambıq yığan xanıma avtomobil hədiyyə edildi -FOTO


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND