“Facebook” və “Instagram” üzr istəməli oldu


04.07.2019 09:25
179
“Facebook” və “Instagram” üzr istəməli oldu

“Facebook” və “Instagram” sosial şəbəkələri xidmətlərinin bərpa olunduğunu bildirib.


Ekspress.az xəbər verir ki, “Facebook” özünün Twitter səhifəsində istifadəçilərdən üzr istəyib:


“Bir qədər əvvəl insanlar və şirkətlər bizim tətbiqlərdə foto, video və digər faylların yüklənməsində çətinliklərlə üzləşiblər. Biz hamı üçün 100% qayıtmalıydıq. Narahatçılığa görə üzr istəyirik”.


Ekspress.az

Açar sözlər: