Di­as­por təş­ki­lat­la­rı Hey­dər Əli­ye­vi eh­ti­ram­la anır­lar

14.12.2018 19:32
786
Di­as­por təş­ki­lat­la­rı Hey­dər Əli­ye­vi eh­ti­ram­la anır­lar

Bu həf­tə ümum­mil­li li­der Hey­dər Əli­ye­vin və­fa­tın­dan 15 il öt­dü. Ulu ön­də­ri tək­cə Azər­bay­can­da de­yil, dün­ya­nın hər ye­rin­də an­dı­lar. Di­as­por təş­ki­lat­la­rı­nın da təş­kil et­dik­lə­ri anım təd­bir­lə­rin­də H.Əli­ye­vin əziz xa­ti­rə­si eh­ti­ram­la anıl­dı.


Hey­dər Əli­ye­vin və­fa­tı­nın 15-ci il­dö­nü­mü ilə əla­qə­dar Tür­ki­yə­nin İz­mir şə­hə­ri­nin Kar­şı­ya­ka ra­yo­nun­da­kı Ulu Ön­də­rin adı­nı da­şı­yan Park­da təş­kil olu­nan anım təd­bi­rin­də ra­yo­nun rəh­bər şəxs­lə­ri, "STAR Re­fi­nery" za­vo­du­nun əmək­daş­la­rı, ic­ti­ma­iy­yə­tin ta­nın­mış nü­ma­yən­də­lə­ri, QHT və KİV təm­sil­çi­lə­ri iş­ti­rak edib­lər. İz­mir­də­ki Azər­bay­can Mə­də­niy­yət və Da­ya­nış­ma Dər­nə­yi­nin səd­ri Mü­la­zim Pah­sa və Kar­şı­ya­ka bə­lə­diy­yə­si səd­ri­nin müa­vi­ni Ali Hay­dar çı­xış­la­rın­da ümum­mil­li li­de­rin zən­gin və mə­na­lı hə­yat yo­lun­dan bəhs olu­nub, onun türk­dil­li öl­kə­lə­rin və xalq­la­rın in­ki­şa­fı na­mi­nə gör­dü­yü mi­sil­siz iş­lər­dən bəhs edib­lər. Qeyd edi­lib ki, ulu ön­dər Hey­dər Əli­ye­vin əziz xa­ti­rə­si Tür­ki­yə­də hər za­man eh­ti­ram­la anı­lır.


Ümum­mil­li li­der Hey­dər Əli­ye­vin anım gü­nü ilə əla­qə­dar Ki­yev­də "Hey­dər Əli­yev və Azər­bay­can di­as­po­ru" möv­zu­sun­da konf­rans ke­çi­ri­lib. Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin təş­ki­lat­çı­lı­ğı ilə ke­çi­ri­lən konf­rans­da Döv­lət Ko­mi­tə­si­nin, Azər­bay­ca­nın Uk­ray­na­da­kı sə­fir­li­yi­nin nü­ma­yən­də­lə­ri, bu öl­kə­də fəa­liy­yət gös­tə­rən di­as­por təş­ki­lat­la­rı­nın təm­sil­çi­lə­ri iş­ti­rak edib­lər.


Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin apa­rat rəh­bə­ri Daş­qın Rə­cəb­li Azər­bay­can­la Uk­ray­na ara­sın­da iq­ti­sa­di, si­ya­si, el­mi və mə­də­ni əla­qə­lə­rin möh­kəm əsas­lar üzə­rin­də qu­rul­ma­sın­da ümum­mil­li li­der Hey­dər Əli­ye­vin mi­sil­siz ro­lu ol­du­ğu­nu vur­ğu­la­yıb. Ulu ön­də­rin keç­di­yi ta­ri­xi yol­dan da­nı­şan D.Rə­cəb­li bil­di­rib ki, o dövr­lər ha­ki­miy­yət uğ­run­da mü­ba­ri­zə get­di­yi bir za­man­da xal­qın tə­ki­di ilə ikin­ci də­fə ha­ki­miy­yə­tə gə­lən Hey­dər Əli­yev Azər­bay­ca­nı bö­yük bə­la­lar­dan qur­ta­rıb. Öm­rü­nün son gü­nü­nə qə­dər döv­lət­çi­li­yin in­ki­şa­fın­da əmə­yi­ni əsir­gə­mə­yib.


Azər­bay­can­da di­as­por qu­ru­cu­lu­ğun­da Hey­dər Əli­ye­vin mi­sil­siz xid­mət­lə­ri­nə to­xu­nan D.Rə­cəb­li qeyd edib ki, ulu ön­dər bü­tün xa­ri­ci öl­kə­lə­rə sə­fə­ri za­ma­nı müt­ləq di­as­por təş­ki­lat­la­rı ilə gö­rü­şüb mü­za­ki­rə­lər apa­rar­dı. Məhz onun səy­lə­ri nə­ti­cə­sin­də dün­ya­da güc­lü Azər­bay­can di­as­po­ru for­ma­la­şıb.


Di­as­por rəh­bər­lə­ri də ümum­mil­li li­der Hey­dər Əli­ye­vin Azər­bay­can di­as­po­ru­nun in­ki­şa­fın­da əvəz­siz ro­lun­dan da­nı­şıb­lar.


Ümum­mil­li li­der Hey­dər Əli­ye­vin və­fa­tı­nın 15-ci il­dö­nü­mü ilə əla­qə­dar Azər­bay­ca­nın İs­veç­də­ki sə­fir­li­yin­də ke­çi­ri­lən anım mə­ra­si­mi­nə İs­ve­çin fərq­li şə­hər­lə­rin­dən qa­tı­lan Azər­bay­can di­as­po­ru­nun nü­ma­yən­də­lə­ri ulu ön­də­rin gər­gin və yo­rul­maz fəa­liy­yə­tin­dən, uzaq­gö­rən si­ya­sə­tin­dən da­nı­şıb­lar. Qeyd edi­lib ki, ulu ön­dər Azər­bay­ca­nın ən çə­tin il­lər­də xal­qın tə­kid­li tə­lə­bi ilə ha­ki­miy­yə­tə gə­lə­rək öl­kə­də hökm sü­rən xa­os və anar­xi­ya­nın qar­şı­sı­nı al­dı, öl­kə­mi­zi in­ki­şaf yo­lu­na çı­xar­dı. Həm­çi­nin ümum­mil­li li­de­rin Azər­bay­can di­as­po­ru­nun for­ma­laş­ma­sın­da bö­yük ro­lu­nun ol­du­ğu xü­su­si qeyd edi­lib.


Azər­bay­can Res­pub­li­ka­sı­nın İs­veç­rə Kon­fe­de­ra­si­ya­sın­da­kı sə­fir­li­yin­də ke­çi­ri­lən anım təd­bi­rin­də də Azər­bay­ca­nın İs­veç­rə­də­ki di­as­por təş­ki­lat­la­rı­nın nü­ma­yən­də­lə­ri, sə­fir­li­yin əmək­daş­la­rı və qo­naq­lar iş­ti­rak edib­lər (AZƏR­TAC). Təd­bir iş­ti­rak­çı­la­rı əv­vəl­cə ulu ön­dər Hey­dər Əli­ye­vin sə­fir­li­yin bi­na­sın­da­kı abi­də­si önü­nə gül dəs­tə­lə­ri qo­yub, xa­ti­rə­si­ni bir də­qi­qə­lik sü­kut­la yad edib­lər.


Öl­kə­mi­zin İs­veç­rə­də­ki sə­fi­ri Xa­nım İb­ra­hi­mo­va Hey­dər Əli­ye­vin Azər­bay­can xal­qı qar­şı­sın­da­kı əvəz­siz xid­mət­lə­rin­dən da­nı­şıb. Qeyd edi­lib ki, məhz Hey­dər Əli­yev ki­mi müd­rik si­ya­si xa­di­min sə­yi nə­ti­cə­sin­də Azər­bay­can dön­məz müs­tə­qil­li­yə və in­ki­şaf yo­lu­na qə­dəm qo­yub. Bil­di­ri­lib ki, 1990-cı il­lə­rin əv­vəl­lə­rin­də gənc Azər­bay­can Res­pub­li­ka­sı ta­le­yi­nin ən ağır gün­lə­ri­ni ya­şa­yıb və be­lə bir çə­tin du­rum­da xal­qı­mız müd­rik­lik nü­ma­yiş et­di­rə­rək, Hey­dər Əli­ye­vi öl­kə­də ikin­ci də­fə ha­ki­miy­yə­tə qa­yıt­ma­ğa də­vət edib. Ulu Ön­dər Azər­bay­ca­nın da­xi­li və xa­ri­ci si­ya­sə­ti­ni ni­za­ma sal­maq­la, gənc res­pub­li­ka­nı məhv ol­maq­dan xi­las edib.


Azər­bay­can Res­pub­li­ka­sı­nın Av­ro­pa Şu­ra­sı ya­nın­da dai­mi nü­ma­yən­də­li­yin­də Hey­dər Əli­ye­vin və­fa­tı­nın 15-ci il­dö­nü­mü ilə bağ­lı ke­çi­ri­lən anım mə­ra­si­min­də Stras­burq­da iş­gü­zar sə­fər­də olan Mil­li Məc­li­sin de­pu­tat­la­rı Ca­van­şir Fey­zi­yev, Sa­hi­bə Qa­fa­ro­va, Azər Kə­rim­li, El­şad Hə­sə­nov, bu şə­hər­də­ki nü­ma­yən­də­li­yi­mi­zin əmək­daş­la­rı, bu­ra­da ya­şa­yan, iş­lə­yən, təh­sil alan həm­və­tən­lə­ri­miz iş­ti­rak edib­lər. Anım mə­ra­si­min­də ulu ön­də­rin keç­di­yi şə­rəf­li hə­yat yo­lu­na nə­zər sa­lı­nıb, onun rəh­bər­li­yi al­tın­da əl­də olun­muş uğur və nai­liy­yət­lər xa­tır­la­nıb. Hey­dər Əli­ye­vin ən də­yər­li va­ri­si olan müa­sir Azər­bay­can döv­lət­çi­li­yi­nin qo­run­ma­sı və in­ki­şa­fın­da Pre­zi­dent İl­ham Əli­ye­vin rəh­bər­li­yi ilə hə­ya­ta ke­çi­ri­lən məq­səd­yön­lü si­ya­sət­dən bəhs olu­nub.


Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si və Azər­bay­ca­nın Ru­mı­ni­ya­da­kı sə­fir­li­yi­nin təş­ki­lat­çı­lı­ğı ilə ümum­mil­li li­der Hey­dər Əli­ye­vin və­fa­tı­nın 15-ci il dö­nü­mü ilə bağ­lı ke­çi­ri­lən sil­si­lə təd­bir­lər çər­çi­və­sin­də Ru­mı­ni­ya­nın pay­tax­tı Bu­xa­rest­də də anım mə­ra­si­mi təş­kil olu­nub. Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin mət­bu­at xid­mə­tin­dən "Eks­press"ə ve­ri­lən mə­lu­ma­ta gö­rə, təd­bir­dən əv­vəl Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin apa­rat rəh­bə­ri Daş­qın Rə­cəb­li, sə­fir­li­yin əmək­daş­la­rı, Ru­mı­ni­ya azər­bay­can­lı­la­rı bir­li­yi­nin üzv­lə­ri Bu­xa­rest­də­ki Tey par­kın­da ümum­mil­li li­de­rin büs­tü­nü zi­ya­rət edə­rək önü­nə ək­lil və gül dəs­tə­lə­ri qo­yub­lar.


Son­ra təd­bir iş­ti­rak­çı­la­rı H.Əli­ye­vin hə­yat və fəa­liy­yə­ti­ni əks et­di­rən fo­to və ki­tab sər­gi­si ilə ta­nış olub­lar. Qo­naq­la­ra da­hi döv­lət xa­di­mi haq­qın­da ət­raf­lı mə­lu­mat ve­ri­lib, təd­bir rəs­mi his­sə ilə da­vam edib.


Azər­bay­ca­nın Ru­mı­ni­ya­da föv­qə­la­də və sə­la­hiy­yət­li sə­fi­ri Hü­seyn Nə­cə­fov ulu ön­dər Hey­dər Əli­ye­vin hə­yat və fəa­liy­yə­ti ba­rə­də mə­lu­mat ve­rə­rək, öl­kə­mi­zin ye­ni ta­ri­xi­nin bü­töv bir his­sə­si­nin müa­sir Azər­bay­can döv­lə­ti­nin qu­ru­cu­su, xal­qı­mı­zın ümum­mil­li li­de­ri Hey­dər Əli­ye­vin adı ilə bağ­lı ol­du­ğu­nu bil­di­rib. Sə­fir qeyd edib ki, da­hi şəx­siy­yət Hey­dər Əli­yev 1969-cu il­də Azər­bay­ca­na rəh­bər­lik et­di­yi dövr­dən baş­la­ya­raq öl­kə­ni keç­miş it­ti­fa­qın ən qa­baq­cıl res­pub­li­ka­la­rın­dan bi­ri­nə çe­vi­rib. 1993-cü il­də müs­tə­qil­li­yi­ni ye­ni­cə bər­pa et­miş Azər­bay­can Res­pub­li­ka­sı­nı par­ça­lan­maq­dan məhz Hey­dər Əli­ye­vin xi­las et­di­yi vur­ğu­la­nıb. Qeyd olu­nub ki, ulu ön­də­rin müd­rik­li­yi, si­ya­si və döv­lət­çi­lik təc­rü­bə­si, ye­nil­məz ira­də­si sa­yə­sin­də öl­kə­miz fə­la­kət­dən qur­tu­lub.


Bil­di­ri­lib ki, Azər­bay­can xal­qı­nın ta­ri­xin­də və ta­le­yük­lü mə­sə­lə­lə­ri­nin həl­lin­də müs­təs­na xid­mət­lə­ri olan Hey­dər Əli­ye­vin si­ya­si xət­ti ha­zır­da Pre­zi­dent İl­ham Əli­yev tə­rə­fin­dən uğur­la da­vam et­di­ri­lir.


Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin apa­rat rəh­bə­ri Daş­qın Rə­cəb­li çı­xış edə­rək da­hi Hey­dər Əli­ye­vin döv­lət­çi­lik, azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sın­dan, di­as­por qu­ru­cu­lu­ğu­na ver­di­yi mi­sil­siz töh­fə­lər­dən da­nı­şıb.


Təd­bir­də ümum­mil­li li­der Hey­dər Əli­ye­vin ya­xın dos­tu, Ru­mı­ni­ya­nın sa­biq pre­zi­den­ti Emil Kons­tan­ti­nes­ku çı­xış edə­rək ulu ön­dər­lə bağ­lı xa­ti­rə­lə­ri­ni da­nı­şıb, iki öl­kə ara­sın­da­kı mü­na­si­bət­lə­rin in­ki­şa­fın­da Hey­dər Əli­ye­vin ro­lun­dan bəhs edib. E.Kons­tan­ti­nes­ku ta­ri­xi İpək Yo­lu­nun bər­pa­sı­na da­ir 1998-ci il­də Ba­kı şə­hə­rin­də ke­çi­ri­lən Bey­nəl­xalq konf­ran­sı ya­da sa­la­raq xa­ti­rə­lə­ri­ni bö­lü­şüb və ha­zır­da da Ulu Ön­də­rin stra­te­gi­ya­sı­nın uğur­la da­vam et­di­ril­di­yi­ni bil­di­rib. Təd­bir­də ümum­mil­li li­der Hey­dər Əli­ye­və həsr edil­miş "Bö­yük öm­rün an­la­rı" fil­mi nü­ma­yiş olu­nub.


Anım mə­ra­si­min­də Ru­mı­ni­ya De­pu­tat­lar Pa­la­ta­sı­nın üz­vü, Ru­mı­ni­ya-Azər­bay­can dost­luq qru­pu rəh­bə­ri­nin müa­vi­ni Ge­or­gi-Di­nu So­ko­tar, Ru­mı­ni­ya par­la­men­ti­nin di­gər üzv­lə­ri, Ru­mı­ni­ya­da ak­re­di­tə olun­muş dip­lo­ma­tik kor­pu­sun nü­ma­yən­də­lə­ri, Bu­xa­rest Uni­ver­si­te­ti­nin pro­fes­sor-mü­əl­lim he­yə­ti, tə­lə­bə­lər, "So­car Pet­ro­le­um S.A." şir­kə­ti­nin əmək­daş­la­rı da iş­ti­rak edib.


Azər­bay­can xal­qı­nın ümum­mil­li li­de­ri Hey­dər Əli­ye­vin və­fa­tı­nın 15-ci il­dö­nü­mü ilə əla­qə­dar, Mi­si­rin beş mil­yon əha­li­si olan Qa­lu­biy­yə əya­lə­ti­nin Qa­na­tir şə­hə­rin­də yer­lə­şən Mi­sir-Azər­bay­can Dost­luq par­kı zi­ya­rət olu­nub. Azər­bay­ca­nın Mi­sir­də­ki Sə­fir­li­yi­nin əmək­daş­la­rı, "Və­tən­pər­vər" - Azər­bay­ca­nın Mi­sir­də­ki Di­as­por Təş­ki­lat­la­rı Bir­li­yi­nin səd­ri, bu­ra­da ya­şa­yan, iş­lə­yən, təh­sil alan azər­bay­can­lı­lar, Qa­na­tir şə­hə­ri­nin me­ri və nü­ma­yən­də­lə­ri, KİV təm­sil­çi­lə­ri, əv­vəl­cə sö­zü­ge­dən park­da yer­lə­şən mə­də­niy­yət və təh­sil oca­ğı­nı zi­ya­rət edib, ora­da qu­ru­lan Azər­bay­can və Hey­dər Əli­yev gü­şə­lə­ri ilə ta­nış olub­lar.


Təd­bir iş­ti­rak­çı­la­rı ümum­mil­li li­der Hey­dər Əli­ye­vin Azər­bay­can-Mi­sir Dost­luq par­kın­da ucal­dıl­mış hey­kə­li­ni zi­ya­rət edib, abi­də­nin önü­nə ək­lil və gül dəs­tə­lə­ri dü­züb­lər.


Təd­bi­də ümum­mil­li li­de­rin Azər­bay­can ta­ri­xin­də əvəz­siz ro­lu, məhz onun sə­mə­rə­li fəa­liy­yə­ti nə­ti­cə­sin­də öl­kə­mi­zin qı­sa müd­dət ər­zin­də re­gio­nun apa­rı­cı və ən güc­lü döv­lə­ti­nə çev­ril­di­yi diq­qə­tə çat­dı­rı­lıb. Həm­çi­nin, iki öl­kə ara­sın­da mü­na­si­bət­lə­rin yük­sək sə­viy­yə­də ol­du­ğu vur­ğu­la­na­raq, əla­qə­lə­rin da­ha da in­ki­şa­fı üçün səy­lə­rin da­vam et­di­ril­di­yi bil­di­ri­lib.

Azər­bay­ca­nın Ni­der­land­da­kı Sə­fir­li­yi­nin, Bel­çi­ka və Ni­der­land­da Ya­şa­yan Azər­bay­can­lı­la­rın Ko­or­di­na­si­ya Şu­ra­sı­nın bir­gə təş­ki­lat­çı­lı­ğı ilə sə­fir­lik­də ulu ön­dər Hey­dər Əli­ye­və həsr olun­muş anım mə­ra­si­min­də Azər­bay­ca­nın Ni­der­land­da­kı mü­vəq­qə­ti iş­lər və­ki­li Cə­lal Mir­zə­yev çı­xış edə­rək ümum­mil­li li­de­rin hə­yat və fəa­liy­yə­ti haq­qın­da da­nı­şıb. C.Mir­zə­yev ulu ön­də­rin hə­yat və fəa­liy­yə­ti­nin ör­nək ol­du­ğu­nu və Azər­bay­ca­na rəh­bər­lik et­di­yi il­lə­rin ta­ri­xi­mi­zin qı­zıl döv­rü ki­mi yad­daş­la­ra həkk olun­du­ğu­nu de­yib.


Bel­çi­ka və Ni­der­land­da Ya­şa­yan Azər­bay­can­lı­la­rın Ko­or­di­na­si­ya Şu­ra­sı­nın əla­qə­lən­di­ri­ci­si Ma­yi­sə Ağa­mir­zə­ye­va Azər­bay­can ta­ri­xi­nin 35 il­lik döv­rü­nün ulu ön­dər Hey­dər Əli­ye­vin adı ilə bağ­lı ol­du­ğu­nu, Azər­bay­can­da döv­lət­çi­lik ənə­nə­lə­ri­nin bər­qə­rar edil­mə­si­nin, müs­tə­qil­li­yi­mi­zin möh­kəm­lən­di­ril­mə­si­nin, onun dön­məz xa­rak­ter al­ma­sı­nın və Azər­bay­ca­nın müx­tə­lif sa­hə­lər­də uğur­lu in­ki­şa­fı­nın, məhz Hey­dər Əli­ye­vin yo­rul­maz fəa­liy­yə­ti nə­ti­cə­sin­də müm­kün ol­du­ğu­nu bil­di­rib.

Təd­bir­də di­as­por rəh­bər­lə­ri və nü­ma­yən­də­lə­ri də çı­xış edə­rək ulu ön­dər Hey­dər Əli­yev­lə bağ­lı xa­ti­rə­lə­ri­ni bö­lü­şüb­lər.


Azər­bay­can Res­pub­li­ka­sı­nın Ni­der­land Kral­lı­ğın­da­kı Sə­fir­li­yi­nin əmək­daş­la­rı və Ni­der­land­da ya­şa­yan soy­daş­la­rı­mız, Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın üzv­lə­ri də anım təd­bi­rin­də iş­ti­rak edib­lər.

Ru­si­ya Fe­de­ra­si­ya­sı­nın Həş­tər­xan vi­la­yə­tin­də də ümum­mil­li li­der Hey­dər Əli­ye­vin anım mə­ra­si­mi ke­çi­ri­lib. Həş­tər­xan vi­la­yə­ti­nin qu­ber­na­to­ru Ser­gey Mo­ro­zov, Şə­hər ad­mi­nist­ra­si­ya­sı­nın rəh­bə­ri Ra­dik Xa­ri­sov, Azər­bay­can Res­pub­li­ka­sı­nın Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin nü­ma­yən­də­si Hey­dər Ata­yev, Azər­bay­can di­as­po­ru­nun, elə­cə də di­gər xalq­la­rın di­as­por nü­ma­yən­də­lə­ri­nin iş­ti­rak et­di­yi anım mə­ra­si­mi Ümum­mil­li li­der Hey­dər Əli­ye­vin abi­də­si önü­nə ək­lil və gül dəs­tə­lə­ri­nin qo­yul­ma­sı ilə baş­la­yıb. Da­ha son­ra təd­bir Hey­dər Əli­yev adı­na mək­təb­də da­vam et­di­ri­lib. Mə­ra­sim iş­ti­rak­çı­la­rı ulu ön­də­rin mək­təb­də­ki büs­tü önü­nə gül dəs­tə­lə­ri qo­ya­raq, da­hi şəx­siy­yə­tin hə­yat və fəa­liy­yə­ti­nə aid ki­tab­lar­dan, fo­to­şə­kil­lər­dən iba­rət şər­gi ilə ta­nış olub­lar. Də­yir­mi ma­sa­da da­vam edən təd­bir­də ümum­mil­li li­de­rin xa­ti­rə­si bir də­qi­qə­lik sü­kut­la yad edil­dik­dən son­ra, hə­yat və fəa­liy­yə­ti­ni əks et­di­rən film nü­ma­yiş olu­nub, mək­təb­li­lər Hey­dər Əli­ye­və aid şer­lər səs­lən­di­rib.

Təd­bir­də Hey­dər Əli­ye­vin hə­yat və fəa­liy­yə­ti haq­qın­da, Azər­bay­can-Ru­si­ya mü­na­si­bət­lə­ri­nə ver­di­yi önəm ba­rə­də fi­kir­lər səs­lə­nib. Ulu ön­də­rin Ru­si­ya­da, elə­cə də Həş­tər­xan vi­la­yə­tin­də azər­bay­can­lı­la­rın təş­ki­lat­lan­ma­sı is­ti­qa­mə­tin­də əvəz­siz ro­lun­dan söh­bət açı­lıb.


Mu­rad MƏM­MƏD­Lİ

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND