Abid Şərifov səhhəti ilə bağlı həkimə müraciət edib

07.05.2019 13:35
137
Abid Şərifov səhhəti ilə bağlı həkimə müraciət edib

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhəti yenidən pisləşib.


Ekspress.az xəbər verir ki, bu haqda məlumatı Unikal.org yayıb. Unikal.org-un əldə etdiyi məlumata görə, səhhətində problem yaranan A.Şərifov paytaxta yerləşən xəstəxanalardan birinə müraciət edib.


Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən sabiq baş nazirin müavini hansı xəstəxanada olduğu barədə məlumat verməsə də, həkimdə olduğunu təsdiqləyib. O, bildirib ki, müayinə olunduğu üçün çox danışa bilmir.


Qeyd edək ki, 79 yaşlı Abid Şərifov ürəyində problem yaranması səbəbindən İsraildə müalicə olunub. Onun İsrailin Hayfa şəhərindəki xəstəxanaya yerləşdirilmişdi. Sabiq baş nazir müavini orada əməliyyat keçirmişdi.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND