Toya gedən AİLƏ QƏZAYA DÜŞDÜ: 4-ü uşaq olmaqla 12 yaralı - VİDEO


29.07.2019 16:35
153
Toya gedən AİLƏ QƏZAYA DÜŞDÜ: 4-ü uşaq olmaqla 12 yaralı - VİDEO

Türkiyənin Ərzincan vilayətinin Tercan qəsəbəsində toya gedənləri aparan mikroavtobusun aşması nəticəsində bir ailənin 12 üzvü yaralanıb.

 

Ekspress.az xəbər verir ki, yaralılardan dördü uşaqdır.

Qeyd edək ki, qohumlarının toyuna gedən ailənin içərisində olduqları 24 FU 196 qeydiyyat nömrə nişanlı mikroavtobusun sürücüsü Qıyasettin Yılmazın (60) idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi dərəyə aşıb.



Qəzada nəticəsində sürücü Yılmaz, Məryəm Uzun (35) ilə eyni ailədən olan Lamiyə (59), Ülviyə (46), Fatimə (43), Canpaşa (59), İsmayıl (50), Aynur (62), Çingizxan (11), Əbdülmütəllib (5), Məryəm, Mədinə (2), Mustafa Eymen Yılmaz (2) yaralanıblar.

Yaralılar əraziyə çağırılan təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.


Yaralılardan İsmayıl Yılmaz ilə Məryəm Uzunun vəziyyətinin ağır olduğu bildirilir. (milli)


Ekspress.az

Açar sözlər: