Gürcüstanın turizm gəlirləri artıb


10.07.2019 12:58
130
Gürcüstanın turizm gəlirləri artıb

Bu ilin ilk yarısında Gürcüstanın beynəlxalq turizmdən əldə etdiyi gəlirləri 1,5 milyard ABŞ dolları təşkil edib.

 

Ekspress.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Agentliyinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib.

 

Hesabata əsasən, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 95,4 mln. dollar və ya 7% çoxdur.

 

Hesabatda qeyd olunub ki, təkcə iyun ayı ərzində Gürcüstan beynəlxalq turizmdən 340 mln. dollar gəlir əldə edilib. Bu isə ötən ilin analoji dövrünə nisbətən 14,6 mln. dollar və ya 4,5% çoxdur (marja).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND