Azərbaycan Saratov vilayətindən 120 min tona yaxın dənli və yağlı bitkilər idxal edib

05.07.2019 12:03
59
Azərbaycan Saratov vilayətindən 120 min tona yaxın dənli və yağlı bitkilər idxal edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Rusiyanın Saratov vilayətindən ümumi həcmi 118,1 min ton dənli və yağlı bitkilər idxal edib.

"Report”un məlumatına görə, bu barədə Rusiyanın Saratov vilayətinin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (Rosselxoznadzor) yaydığı məlumatda deyilir.

Məlumata görə, ümumilikdə yarım il ərzində Saratov vilayəti 352,4 min ton dənli və yağlı bitkilər ixrac edib. Vilayət bu ilin 6ayı ərzində karantin nəzarəti altında olan kənd təsərrüfat məhsullarını əsasən Azərbaycana (118,1 min ton), Latviyaya (68,1 min ton), İrana (33,1 min ton), Türkiyəyə (11,3 min ton) və Gürcüstana (10,3 min ton) ixrac edib

Həmçinin, bu il ilk dəfə olaraq Saratov vilayəti İtaliyaya kənd təsərrüfatında heyvandarlıqda istifadə olunan günəbaxan yemi ixrac edib. İxracın həcmi 5,5 min ton təşkil edib. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND