Avropa uşaqlarının bildiyi 7 qidalanma QAYDASI

31.03.2019 09:17
171
Avropa uşaqlarının bildiyi 7 qidalanma QAYDASI

Hər bir ana sağlam və tərbiyəli övlad yetişdirmək arzusundadır. Amma yemək stolunda qaydasınca qidalanan uşaqlara nadir hallarda rast gəlinir. Uşağı hələ kiçik yaşlarından bir sıra qida vərdişlərinə yiyələnməyə öyrəşdirmək lazımdır. O nə zaman nə və nə üçün yediyi haqda məlumatlı olmalıdır.


Ekspress.az "medicina.az"a istinadla uşaqlarınıza tətbiq edə bilcəyiniz qaydaları təqdim edir:


1. Gündə 3 dəfə qidalanın.

Uşaq gündə 3-4 dəfə qidalanarsa və bu zaman yemək arası heç nə qəbul etməsə o zaman daha iştahalı olur. Bu zaman həm də yemək uşaq üçün daha maraqlı və arzulanan olur.

 

2. Təbii qidaları normal miqdarda yeyin.

Uşağın qidalanması üçün təbii qidalar seçin. Zərərləri göz qabağında olan konservant tərkibli qidalardan istifadə etməyin. Gündə 3 dəfə qidalanma zamanı qida payı normal miqdarda olmalıdır. Onun tərkibinə sulu yemək, quru yemək və desert daxil edilməlidir.

3. Su için

Su orqanizmin normal funksiyası üçün çox vacibdir. Onu heç bir qazlı su və meyvə şirələri onu əvəz edə bilmir. Qida qəbulunun arasında uşaq mütləq su içməlidir.

 

4. Oturaraq yemək yeyin.

Heç bir qidanı ayaq üstə, televizora baxa-baxa yemək olmaz. Buna görə də, uşağı stol arxasında oturaraq fikrini yeməyə cəmləməsini təmin etmək lazımdır.

5. Axşam yeməyi yüngül olmalıdır

Əsas qida nahar hesab edilir. Axşam yeməyinin yerinə tərəvəz, omlet, makaron, şorba meyvə yemək olar. Uşaq yüngül axşam yeməyi yedikdə rahat yatır.

 

6. Yeməkdən sonra mətbəxin qapısını bağlayın

Uşağı atışdırmalıqdan imtina etməyi öyrədin. Uşaqlıqdan davamlı olaraq gecə vaxtı qida alan uşaqlar gələcəkdə insanın artıq çəkili olmasına səbəb olur.

7. Vaxtında dayanmağı bacar

Uşaq qidalanmasının həddini bilməlidir. Həddən artıq çox qidalanan zaman uşağın mədəsinin divarları genişlənir.

Açar sözlər: