Milli Məclisin plenar iclasına 18 məsələ daxil edilib

28.02.2019 10:11
205
Milli Məclisin plenar iclasına 18 məsələ daxil edilib

Milli Məclisin martın 5-də keçiriləcək plenar iclasının gündəliyi məlum olub.


Ekspress.az -ın məlumatına görə, toplantının gündəliyinə 18 məsələ daxil edilib.

İclasda əvvəlcə Azərbaycanın İnsan Hüquqları Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsi dinləniləcək.


Deputatlar həmcinin "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Pasportlar haqqında", "Gənclər siyasəti haqqında" və s. qanunlara, o cümlədən Torpaq, Şəhərsalma və Tikinti, Cinayət, İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişiklik layihələrinə baxacaqlar.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND