Payız Azərbaycana daxil oldu

23.09.2019 09:18
298
Payız Azərbaycana daxil oldu

Payız fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb.


Ekspress.az xəbər verir ki, AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun Trend-ə verdiyi məlumata görə, payız fəsli Azərbaycana sentyabrın 23-də yerli vaxtla saat 11:50-də daxil olacaq.


Alimin sözlərinə görə, həmin gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayacaq. Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.


Qeyd edək ki, qış fəsli isə ölkəmizə dekabrın 22-də saat 08:19-da qədəm qoyacaq və həmin gün ən uzun gecə olacaq.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND