Ötən il 28 qadın sahibkarlıq fəaliyyətinə başlayıb

30.04.2019 15:05
176
Ötən il 28 qadın sahibkarlıq fəaliyyətinə başlayıb

“Ötən il ərzində 28 qadın sahibkarlıq fəaliyyətinə başlayıb”.


Ekspress.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında bildirilib. 


Dövlət Komitəsinin xətti ilə 2018-ci ildə 17 qadın işlə təmin edilib.


Ümumilikdə, 2011-2018-ci illər ərzində 102 qadın sahibkarlıq fəaliyyətinə başlayıb və 50-yə yaxın qadın isə əlavə işlə təmin edilib (report).


Eyni zamanda, ötən il 11 Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyətindən 20748 nəfər bəhrələnib.


Ekspress.az

Açar sözlər: