• 20 °C Bakı
  • 15 °C Quba
  • 17 °C Gəncə
  • 19 °C Yevlax
  • 13 °C Naxçıvan

Əli Əhmədov: "Azərbaycan dünyada sürətlə inkişaf edən və artıq orta yüksək gəlir səviyyəsinə çatmış ölkə kimi tanınır"


15.05.2019 11:25
63
Əli Əhmədov: "Azərbaycan dünyada sürətlə inkişaf edən və artıq orta yüksək gəlir səviyyəsinə çatmış ölkə kimi tanınır"

Azərbaycan dünyada sürətlə inkişaf edən və artıq orta yüksək gəlir səviyyəsinə çatmış ölkə kimi tanınır.


Ekspress.az -ın xəbərinə görə bunu “Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında özəl şirkətlərin rolu” mövzusunda təşkil olunan dialoqda çıxış edərkən baş nazirin müavini Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib.


Onun sözlərinə görə, çox qısa bir müddətdə müstəqilliyini əldə etdikdən sonra bu qədər inkişaf səviyyəsinə çatmaq Azərbaycanın yetərincə uğurlu bir dövlətə çevrildiyindən xəbər verir (ONA).


"İstər Azərbaycanın inkişaf parametrləri, istərsə də Azərbaycanda digər sahələrdə əldə olunan nailiyyətlər, o cümlədən təhsil, səhiyyə, insanların sağlamlığı, onların həyatının səviyyəsinin yüksəldilməsi ilə əlaqədar böyük işlər görülüb və bütün bunların nəticəsində Azərbaycan yüksək orta inkişaf səviyyəsinə çatmış ölkə kimi dünya birliyi tərəfindən BMT tərəfindən qəbul olunur", - deyə Ə. Əhmədov qeyd edib.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND