Qvardiolanın "Yuventus"a keçəcəyi bildirilir

23.05.2019 22:11
74
Qvardiolanın "Yuventus"a keçəcəyi bildirilir

İngiltərənin "Mançester Siti" klubu baş məşqçisi Xosep Qvardiolanın İtaliya "Yuventus"una keçəcəyi ilə bağlı iddialara münasibət bildirib.


"Sky Sport Italia" xəbər verir ki, klubun İdarə Heyətinin üzvü Alberto Qalassi məlumatı təkzib edib.


O, bu xəbərdən təəccübləndiyini vurğulayıb:


"Qvardiola bizim baş məşqçimizdir və komandada qalmaq istəyir. Yazılanlar yalandır".


Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ilin yayından "Mançester Siti"yə rəhbərlik edir. 48 yaşlı mütəxəssis 3 il ərzində komanda ilə 6 kubok qazanıb. Onun İngiltərə təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayına qədər mövcuddur (report).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND