Turizm şirkətlərinə nəzarətin olmaması ciddi problemlər yaradır


02.08.2019 15:45
58
Turizm şirkətlərinə nəzarətin olmaması ciddi problemlər yaradır

Azərbaycan Turizm Assosiasiyası (AZTA) turistləri şirkət seçimində daha diqqətli olmağa cağırır.

 

AZTA-nın rəhbəri Nahid Bağırovun sözlərinə görə, son zamanlar assosiasiyaya şirkətlərin keyfiyyətsiz və məsulliyətsiz fəaliyyətləri ilə bağlı şikayətlərin sayı durmadan artır.

 

“Hazırda sektorda idarəetmə mexanizmlərinin olmaması turistlər üçün ciddi problemlər yaradır, eləcə də, sektorun imicinə ziyan vurur. Bütün baş verənləri nəzərə alaraq, turistləri şirkət seçərək daha diqqətli 


olmağa, yalnız tanınmış və kifayət qədər müştəri bazası olan şirkətlərlə əməkdaşlıq etməyi tövsiyyə edirik” – bunu AZTA rəhbəri Nahid Bağırov deyib.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND