Dünyanın ən təhlükəli ölkələri - SİYAHI

14.06.2019 13:43
158
Dünyanın ən təhlükəli ölkələri - SİYAHI


İqtisadiyyat və Sülh İnstitutunun (“Institute for Economics and Peace”) sosioloq və iqtisadçıları Qlobal Sülhsevər İndeksini (“Global Peace Index”) dərc ediblər. İndeks çərçivəsində dünyanın ən təhlükəli və təhlükəsiz ölkələri müəyyənləşib.


İndeksə dünyanın 163 ölkəsi daxil olub. İndeks 23 əsas keyfiyyət və kəmiyyət göstərici üzrə tərtib olunub ki, bunlar 3 böyük qrupa bölünüb: daxili və beynəlxalq münaqişə, cəmiyyətdə təhlükəsizlik və stabillik səviyyəsi, silahlanma.


Bura intiharların sayı, 100 min əhaliyə düşən güc strukturlarının nümayəndələrinin sayı, cəmiyyətdə kriminal fəaliyyətin səviyyəsi, məhkumların sayı, siyasi terror şkalası, əhalinin silaha əlçatanlığı daxildir (APA).


Nəticədə ən təhlükəli ölkələr reytinqinin birinci yerində 3,574 indeksi ilə Əfqanıstan qərarlaşıb. İlk onluğu isə Rusiya tamamlayır.




Ekspress.az

  • SON XƏBƏR
  • TREND