Ləkidən Qəbələyə dəmir yolunun çəkilişi gələn il tamamlanacaq

11.06.2019 17:06
29
Ləkidən Qəbələyə dəmir yolunun çəkilişi gələn il tamamlanacaq

Ləki-Qəbələ dəmir yolu xəttinin çəkilməsi çərçivəsində torpaq yatağının qurulması ilə bağlı işlər ilin sonuna yekunlaşacaq.


Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Tarif siyasəti və marketinq şöbəsinin rəisi Əli Qasımov deyib.


Onun sözlərinə görə, dəmir yollarının çəkilməsi isə gələn ilin ortalarına qədər davam edəcək:


"Bununla yanaşı, "Ştadler" şirkətinə məxsus qatarlarından bu xəttə də istifadəsi planlaşdırlır" (APA).


Qeyd edək ki, 2018-ci ildə Prezident İlham Əliyev Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND