Məşhur "Ayrılıq" mahnısının müəllifi bu dünyadan AYRILDI

09.02.2019 17:21
476
Məşhur "Ayrılıq" mahnısının müəllifi bu dünyadan AYRILDI

Dünyaya səpələnmiş azərbaycanlıların Vətən həsrətini, bölünmüş millətimizin milli birlik arzusunu yüksək sənət dili ilə ifadə edən məşhur "Ayrılıq" mahnısının mətninin müəllifi, əslən Ərdəbilin Korabas kəndindən olan şair Fərhad (Rəcəb) İbrahimi dünən Tehranda vəfat edib.


Ekspress.az xəbər verir ki, bu barədə məlumatı saytımıza Dünya Azərbaycanlıları Konqresinin həmsədri, xalq şairi Sabir Rüstəmxanlı məlumat verib.


Qeyd edək ki, Fərhad İbrahimi “Ayrılıq”, “Açıl Səhər” və “Ağlama” kimi mahnıların sözlərinin müəlifidir.

Fərhad İbrahimi, Fatma Qənnadi və Əli Səlimi



"Ayrılıq" şerinə musiqini Güney Azərbaycanın məşhur tarzəni və bəctəkarı Əli Səlimi yazıb. Mərhum Əli Səliminin Fərhad İbrahiminin sözlərinə bəstələdiyi "Ayrılıq" mahnısını bəstəkarın həyat yoldaşı Fatma Qənnadi ilk dəfə 1958-ci ildə Tehran Radiosunda səsləndirib.

Mahnı 1963-cü ildə Tehrana səfər edən Rəşid Behbudov tərəfindən ifa edildikdən sonra “Ayrılıq”ın şöhrəti İran və Güney Azərbaycanı sərhədlərini aşmağa başlayıb, sadəcə Azərbaycann deyil Türk dünyasının ən məşhur mahnılarından biri kimi tanınır.


Azərbaycan veb səhifələrinin yaydığı məlumata görə, Tehran radiosunda yayımlandan öncə mahnı fərqli sözlərlərlə məşq edilmişdi:


İllərdir uzağam arxam elimdən

Bülbüləm düşmüşəm ayrı gülümdən

Zor ilə ayırıb şirin dilimdən

Ayrılıq, ayrılıq, yaman ayrılıq

Hər bir dərddən olur yaman ayrılıq...


Ancaq mahnının sözləri siyasi dəyərləndirildiyi üçün senzuraya məruz qalıb və şair İbrahimi mahnının sözlərini dəyişdirərək, onu bu gün hər yerdə oxunduğu kimi bir sevgi şeiri şəklinə salıb.


Onu da qeyd edək ki, "Ayrılıq"ı ən gözəl ifa edən və dünyaya yayan Yaqub Zurufçudur.

  • SON XƏBƏR
  • TREND