“Yanardağ” qoruğuna müasir avtobuslar işləyə bilər


13.06.2019 13:42
82
“Yanardağ” qoruğuna müasir avtobuslar işləyə bilər

"Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu avqustun 1-dən fərqli qiymətlərlə xidmət göstərəcək". 


Ekspress.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.


O bildirib ki, xarici vətəndaşlar üçün qoruğa giriş 9 manat olacaq:


"Turizm şirkətləri əvvəldən saziş bağlayıblarsa və buna dair sübutları olsa onlara köhnə qiymətlər tətbiq ediləcək. Yerli turistlər üçün qoruğa giriş 2 manatdır. Eyni zamanda bəzi sosial təbəqələr üçün biletlərin qiymət fərqli olacaq. Belə ki, tələbələr üçün bilet 1 manat, məktəblilər üçün isə pulsuz olacaq" (report).


F.Nağıyev əlavə edib ki, gün ərzində "Yanardağ"a 500-700 əcnəbi turist gəlir və hazırda da artım müşahidə edilir:


"Yerli əhali də bura gəlməyə maraqlıdır. Təbliğatı davam etdirməliyik, otellər, turizm informasiya mərkəzlərində "Yanardağ"la məlumatlar olacaq".


Ekspress.az

  • SON XƏBƏR
  • TREND