Azərbaycan millisinin müdafiəçisi heyətdən çıxarılıb


04.09.2019 14:35
83
Azərbaycan millisinin müdafiəçisi heyətdən çıxarılıb

Azərbaycan milli komandası AVRO-2020-nin seçmə qrup matçı ilə əlaqədar Uelsə edəcəyi səfər öncəsi futbolçu itkisi ilə üzləşib. 


Ekspress.az xəbər verir ki, yığmaya "Qarabağ" klubundan dəvət almış müdafiəçi Rahil Məmmədov zədələnib. Məmmədov bu gün səhər keçirilmiş məşqi zamanı köhnə zədəsini yeniləyib. Millinin həkiminin rəyinə və baş məşqçi Nikola Yurçeviçin qərarına əsasən, o, heyətdən çıxarılıb.


Qeyd edək ki, Uelslə qarşılaşma sentyabrın 6-da Kardiff şəhərində keçiriləcək. Azərbaycan millisi səfərə bu gün çıxacaq. (report)


Ekspress.az


  • SON XƏBƏR
  • TREND