Ukrayna Prezidenti 14 saat ərzində 500-dən çox suala cavab verib

11.10.2019 09:00
40
Ukrayna Prezidenti 14 saat ərzində 500-dən çox suala cavab verib

Ukrayna Prezidenti Vladimir Zelenski 14 saatdan çox davam edən mətbuat marafonu zamanı 500-dən çox suala cavab verdiyini bildirib.


Ekspress.az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “Facebook” səhifəsində yazıb.


Məlum olduğu kimi, Ukrayna prezidentinin mətbuat konfransında 300 müxbir iştirak edib: 


“Suallar ölkə liderinə aid idi. Bütün hamısına cavab veridm”.


Ukrayna lideri həmçinin bildirib ki, bütün suallara səmimi cavab verib: “Ancaq, bəziləri yəqin ki, kiminsə istədiyi kimi olmadı”.


Bundan əlavə Zelenski tamaşaçılara və jurnalistlərə də təşəkkürünü bildirib. (report)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND