Putin Ukraynalı həmkarını təbrik etməyəcək - Peskov

20.05.2019 14:29
43
Putin Ukraynalı həmkarını təbrik etməyəcək - Peskov

"Rusiya Prezidenti Vladimir Putin bu gün vəzifəsinə başlayan Ukrayna Prezidenti Vladimir Zelenskini təbrik etməyəcək".


“İnterfax” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov bildirib.


“Prezident Putin dövlət başçısı Zelenskini Ukraynanın şərqində daxili münaqişəni həll etməklə bağlı ilk uğurlar qazandıqda, eləcə də Ukrayna ilə Rusiya arasındakı münasibətlərin yoluna qoyulmasındakı ilk nəticələr qazandığında təbrik edəcək”, – Kreml rəsmisi vurğulayıb.


Ümumiyyətlə, hazırda Rusiya ilə Ukrayna arasında yüksək səviyyədə hər hansı təmasların gündəmdə olmadığı bildirilib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND