Daşı daşınan “Diqlas”... - FOTO

27.03.2019 15:46
340
Daşı daşınan “Diqlas”... - FOTO

Dünən güclü yanğın baş verən "Diqlas" Ticarət Mərkəzi ətrafında baş verənlər bu gün də ölkə gündəmindədir. Yanğının başlama səbəbi, yeri, binanın yanğın təhlükəsizliyinə hazırlığı, yanan malların sığortalanmaması və dəyən ziyana görə kompensasiya verilməsi məsələləri ətrafında ciddi müzakirələr gedir.


Ekspress.az xəbər verir ki, qafqazinfo-nun əməkdaşları bu ictimai müzakirələr ərəfəsində yanğıdan sonrakı "Diqlas"ı yenidən ziyarət ediblər. 


Obyektin dörd tərəfi dəmir arakəsmələr və polis əməkdaşları ilə çəpərlənib. Binanın kandarında FHN işçiləri və texnikası çalışır. Hazırda daha çox yanğının törətdiyi fəsadlar, dəmir və taxta zibillər ərazidən təmizlənir. Sahibkarlar və icarədarlar obyektə buraxılmır. 

Artıq gözlə görünən qədər, demək olar ki, binadan çıxarılası bir mal da qalmayıb. FHN əməkdaşları bina daxilində yanğının kəşfiyyatını həyata keçirərkən kənardan yalnız söndürülmüş avadanlıqlardan qalxan buxarlar görünür. 


Bir neçə saatın içində yanan, dəyəri on minlərlə ölçülən məhsullara görə məsuliyyəti kimin daşıyacağına, binanın və sahibkarların taleyinə isə hələ aydınlıq gətirilməyib.


Açar sözlər: