• 15 °C Yevlax
  • 12 °C Naxçıvan
  • 19 °C Bakı
  • 14 °C Quba
  • 16 °C Gəncə

XİN başçısı - Həmsədrlər mayın sonunda regiona səfər edəcəklər


14.05.2019 15:41
43
XİN başçısı - Həmsədrlər mayın sonunda regiona səfər edəcəklər

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ATƏT-in Minsk qrupunun həmsədrləri may ayının sonunda regiona səfər edəcəklər.


Bu barədə Ekspress.az -a Brüsseldə Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.


“Hələlik həmsədrlərin regiona ayın sonunda gələcəyini düşünürük, bunu sonra ətraflı müzakirə edəcəyik. İndi gündəmdə nazirlərin görüşü var, amma bunu hazırlamaq lazımdır. Əvvəl də dediyim kimi, həmsədr ölkələrindən biri tərəfindən nazirlər səviyyəsində görüş keçirtmək barədə təklif verilmişdi və bu görüşə hazırlıq görülməlidir”, - nazir qeyd edib (report)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND