Millimiz Macarıstana uduzdu

14.10.2019 10:20
119
Millimiz Macarıstana uduzdu

Azərbaycan millisi növbəti oyununu keçirib. 


Ekspress.az xəbər verir ki, Nikola Yurçeviçin baş məşqçisi olduğu yığma AVRO-2020-nin seçmə mərhələsində 6-cı matçına çıxıb.


Keçirdiyi 5 oyunda cəmi 1 xal toplayan komanda Budapeştdə Macarıstanın qonağı olub. Milli bu dəfə də azarkeşlərini məyus edib.


10-cu dəqiqədə erkən qol buraxan Azərbaycan yığması səfərdən xalsız ayrılıb. Tsikldə 5-ci dəfə məğlub olan milli sonuncu pillədəki yerini rəsmiləşdirməyə daha da yaxınlaşıb. Uels millisi bir xal qazansa, komandamız sonuncu yeri rəsmiləşdirəcək.


Düzdür, uzatma dəqiqələrində Bəhlul Mustafazadə rəqib qapısına yol tapıb. Lakin hakimin kobud səhvi üzündən təmiz qol qeydə alınmayıb. Hollandiyalı referi topun futbolçunun əlinə dəydiyini “kəşf edib”.


Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər oyununda Xorvatiya Uelsin qonağı olacaq. (unikal)


Ekspresa.az