Elçin Şıxlı xəbər saytı açdı - FOTO

18.06.2019 13:21
223
Elçin Şıxlı xəbər saytı açdı - FOTO

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı xəbər saytı açıb.


Ekspress.az xəbər verir ki, bir müddət əvvəl fəaliyyətə başlayan, yalnız müəllif yazıları ilə çıxış edən ayna.az saytı bundan sonra onlayn ictimai-siyasi sayt şəklində fəaliyyət göstərəcək.


Bununla bağlı Elçin Şıxlının yaydığı məlumatı təqdim edirik: 


Hörmətli xanımlar və cənablar, əziz dostlar və "Ayna”sevərlər!


Bu gündən etibarən www.ayna.az yeni formatda – onlayn ictimai-siyasi sayt şəklində fəaliyyətə başlayır. Son üç ildə saytımızda, yalnız müəllif yazılarının yayımı həyata keçirilirdisə, bundan sonra ölkəmizdə və dünyada baş verən siyasi, iqtisadi, sosial, mədəni, idman və digər sahələrə aid hadisələr operativ və obyektiv şəkildə oxuculara çatdırılacaq.


Bundan əlavə, müxtəlif mövzularda araşdırmalar, reportajlar, analitik yazılar, müsahibələr hazırlayacaq, cəmiyyəti qayğılandıran problemlərə işıq tutmağa, düzə və əyriyə AYNA olmağa çalışacağıq. Həmçinin, yaralı yerimiz olan Qarabağ mövzusunu xüsusi diqqət mərkəzində saxlayacağıq.

 

Bir çoxlarınız yəqin ki, "bəs müəllif yazıları necə, olmayacaqmı?” deyə soruşacaq. Olacaq, təbii ki, olacaq. İbrahim Nəbioğlu, Qulu Məhərrəmli, Arif Əliyev və başqaları həmişəki tək sizi sanballı yazıları ilə düşündürməyə çalışacaqlar.


Dəstəyimiz isə oxucu sevgisi, sözümüz vətəndaşın sözü, adımız ANDımız olacaq”.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND