Azərbaycanda problemli kreditlər azalacaq - Moody's

23.05.2019 17:18
79
Azərbaycanda problemli kreditlər azalacaq - Moody's

"2019-cu ilin sonuna problemli kreditlərin payının Azərbaycan bank sektorunun kredit portfelində 10%-dək azalması gözlənilir".


Bunu Moody's-in Azərbaycan üzrə illik konfransında təşkilatın vitse-prezidentinin köməkçisi Pyotr Paklin deyib.


"Azərbaycan Prezidentinin problemli kreditlərin həlli ilə bağlı sərəncamınadək, hansı ki bizim üçün gözlənilməz oldu, biz problemli kreditlərin payının 2019-cu ilin sonuna 12% -ə qədər azalacağını proqnozlaşdırırdıq. İndi biz bu rəqəmin aşağı səviyyədə olacağını düşünürük - təxminən 10% səviyyəsində", - P. Paklin əlavə edib (report).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND