Azərbaycanda qanunsuz yaşayan 452 miqrant saxlanılıb


11.02.2019 14:47
150
Azərbaycanda qanunsuz yaşayan 452 miqrant saxlanılıb

Bu ilin yanvar ayı ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 519 əcnəbi saxlanılıb. 


Dövlət Miqrasiya Xidmətindən (DMX) Ekspress.az -a verilən məlumata görə, onlardan 6 nəfər Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə təşkil olunan tədbirlər zamanı müəyyən edilib.


Saxlanılan 53 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 14 nəfəin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 452 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.


Qeyd edək ki, saxlanıan əcnəbilərdən 438 nəfər barəsində inzibati qərarlar verilib. Digər 14 əcnəbinin Azərbaycanın hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND