Prezident postu uğrunda 44 namizəd mübarizə aparacaq

08.02.2019 22:22
212
Prezident postu uğrunda 44 namizəd mübarizə aparacaq

Ukraynanın Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədlərin qeydə alınması prosesini başa çatdırıb.  Bu barədə MSK-nın sədri Tatyana Slipaçuk bu barədə mətbuat konfransında məlumat verib.


O bildirib ki, Mərkəzi Seçki Komissiyası 44 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Onlardan 24-nün namizədliyi partiyalar tərəfindən irəli sürülüb.

 

Bu sayda namizədin qeydə alınması Ukraynanın prezident seçkiləri tarixində yeni rekord göstəricidir.

 

Xatırladaq ki, Ukraynada prezident seçkiləri martın 31-ə təyin olunub (AZƏRTAC). Namizədlərin heç birinin sadə səs çoxluğu (50 faiz+1 səs) qazana bilməyəcəyi təqdirdə, aprelin 21-də seçkilərin ikinci turu keçiriləcək.


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND