"Google"un işində problem yaranıb

17.09.2019 09:13
95
"Google"un işində problem yaranıb

Amerikanın “Google” axtarış sisteminin işində problemlər müşahidə olunur.


Ekspress.az xəbər verir ki, bu barədə “Downdetector” saytının məlumatlarından məlum olur.


Bildirilir ki, “Google”un işindən daha çox ABŞ, Avstraliya, Yeni Zelandiya, Yaponiya və Böyük Britaniya daxil olmaqla Avropanın bir çox ölkələrinin sakinləri şikayət edir.


“Downdetector”un məlumatına görə, istifadəçilərin böyük əksəriyyəti axtarış verən zaman problemlə üzləşiblər. Bəziləri isə avtorizasiya ilə bağlı problemlər olduğunu deyir. (report)


Ekspress.az

Açar sözlər: