Bakıda bədbəxt hadisə: Ağac insanların üzərinə düşdü - FOTO

15.10.2019 20:38
87
Bakıda bədbəxt hadisə: Ağac insanların üzərinə düşdü - FOTO

Yasamal rayonunda bədbəxt hadisə baş verib. 


Səhiyyə Nazirliyindən Ekspress.az -a verilən məlumata görə, ağacın budaqları qırılaraq dayanacaqda gözləyən üç nəfər qadının üstünə tökülüb.


Yaralıları təcili tibbi yardım maşınları ilə Kliniki Tibbi Mərkəzə çatdırıb. Onlardan birinə kəllə-beyin travması, digər ikisinə isə onurğanın küt travması diaqnozu qoyulub. Bütün xəstələrə tibbi yardım göstərilib. 


Onların bir neçə saata ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.


Bakıda ağac budaqları qırılaraq insanların üzərinə düşdü -yaralılar var - FOTO


Ekspress.az