Azərbaycan nefti cüzi ucuzlaşdı

07.10.2019 09:10
104
Azərbaycan nefti cüzi ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,2 ABŞ dolları və yaxud 0,33% azalıb.


Ekspress.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 60,16 dollar təşkil edib.


Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.


Ekspress.az