Ronaldodan “Barselona”ya tənqid - “Ortada bir nəticə yoxdur”


01.08.2019 11:59
69
Ronaldodan “Barselona”ya tənqid - “Ortada bir nəticə yoxdur”

Kristiano Ronaldo Çempionlar Liqasının yeni mövsümündə klubların qalib olmaq şansını dəyərləndirib.


Ekspress.az xəbər verir ki, "Yuventus"un ulduz futbolçusu Barselonanın qalib olmaq şansının az olduğunu bildirib. Katalon klubunun transfer siyasətini tənqid edən Ronaldo "transferə çox pul xərcləyirlər, amma ortada bir nəticə yoxdur" deyib.


Çıxış etdiyi klub haqqında da danışan Ronaldo "Yuventus"un çempion olacağına inandığını və bunun üçün yaxşı heyətləri olduğunu bildirib. (bakupost)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND