Messi Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib

19.04.2019 14:45
98
Messi Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib

UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab qarşılaşmalarının keçirildiyi həftənin ən yaxşı futbolçusu müəyyənləşib.


UEFA-nın saytında yer alan xəbərə əsasən, “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi azarkeşlər arasında aparılan sorğunun nəticələrinə əsasən həftənin ən yaxşı futbolçusu seçilib.


Otuz iki yaşlı hücumçu bu nominasiyada Heunq-Min Son (“Tottenhem”), Roberto Firmino (“Liverpul”) və Frenk de Yonqu (“Ayaks”) qabaqlayıb.


L.Messi “Barselona”nın dörddəbir final mərhələsinin cavab görüşündə doğma meydanda İngiltərənin “Mançester Yunayted” klubunu məğlub etdiyi matçda (3:0) iki qolla yadda qalıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND