• 7 °C Bakı
  • -3 °C Quba
  • 6 °C Gəncə
  • 1 °C Yevlax
  • 2 °C Naxçıvan

Messi üçün özəl gün: 50-ci het-trik, 650-ci qol - FOTO

23.02.2019 23:45
155
Messi üçün özəl gün: 50-ci het-trik, 650-ci qol - FOTO

İspaniya La Liqasının 25-ci turunda 2-4 hesabı ilə yekunlaşan "Sevilya" - "Barselona" qarşılaşmasında rəqib qapıdan 3 qol keçirən Lionel Messi yeni nəticə müəyyən edib.


Ekspress.az xəbər verir ki, "Barselona"nın kapitanı karyerasında 50-ci het-trikini gerçəkləşdirib. Onun cari çempionatda vurduğu qoların sayı isə 25-ə yüksəlib. Bombardirlər yarışında onu 16 qolla komanda yoldaşı Luis Suarez izləyir. "Jirona"nın hücumçusu Kristian Stuani isə 13 qolla 3-cü pillədədir. Lieonel Messi məhsuldar ötürmələrə görə də çempionatda liderdir. Onun aktivində 11 məhsuldar qol ötürməsi var.


Messi bu matçdakı 3-cü qolu ilə "Barselona" və Argentina karyerasında vurduğu qolların sayını 650-yə çatdırıb. Ulduz futbolçu "Barselona" üçün 585, Argentina millisi üçün isə 65 qol vurub.


AQİL

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND