“Arsenal” Denis Suaresi heyətinə qatdı

31.01.2019 18:50
232
“Arsenal” Denis Suaresi heyətinə qatdı

İngiltərənin “Arsenal” futbol klubu “Barselona”nın yarımmüdafiəçisi Denis Suaresi icarə əsasında heyətinə cəlb edib.


Ekspress.az “Arsenal”ın saytına istinadla xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi cari mövsümün sonunadək London təmsilçisinin formasını geyinəcək.


“Arsenal”ın hazırkı baş məşqçisi Unay Emeri “Sevilya” klubunu çalışdırdığı vaxt D.Suares ilə birgə çalışıb. 2014-2015-ci il mövsümündə “Sevilya”da çıxış edən futbolçu UEFA Avropa Liqasının qalibi olub. O, “Barselona”nın heyətində 8 oyunda 2 dəfə adını tabloya yazdırıb.

Açar sözlər: