Azərbaycan Prezidenti Şimali Makedoniya Prezidentini təbrik edib

15.05.2019 17:09
32
Azərbaycan Prezidenti Şimali Makedoniya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskiyə təbrik məktubu göndərib.


Ekspress.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Şimali Makedoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə Stevo Pendarovskini təbrik edib.


“Ümidvaram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik”, - deyə Prezident İlham Əliyev bildirib.


Dövlətimizin başçısı Şimali Makedoniya Respublikasının Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı fəaliyyətində uğurlar diləyib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND