DƏHŞƏT: Avtobus 2 yaşlı uşağın ayaqlarının üzərindən keçdi

04.07.2019 10:33
187
DƏHŞƏT: Avtobus 2 yaşlı uşağın ayaqlarının üzərindən keçdi

Gəncə şəhərində avtobus 2 yaşlı uşağın ayaqlarının üzərindən keçib.


Ekspress.az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini olan sürücü idarə etdiyi avtobusla hərəkətdə olan zaman 2 yaşlı Elay Elnur oğlu Balakişiyevin ayaqlarının üzərindən keçib.


Yaralı xəstəxanaya yerləşdirilib (report).

Faktla bağlı araşdırma aparılır.


Ekspress.az