"ABŞ Venesuelaya dair hər hansı variantı istisna etmir" - Con Bolton

01.02.2019 22:59
331
"ABŞ Venesuelaya dair hər hansı variantı istisna etmir" - Con Bolton


ABŞ Venesuelaya dair hər hansı variantı istisna etməsə də, hazırkı vəziyyətdə hərbi əməliyyat barədə söhbət getmir.


Ekspress.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib.


Venesuelada ABŞ, habelə Kolumbiya və Braziliya tərəfindən hərbi əməliyyata başlanılmasının labüd olub-olmaması barədə suala cavabında “yox” deyən Ağ Ev rəsmisi bununla belə, Prezident Donald Trampın vurğuladığı kimi, hər cür variantın mümkün olduğunu qeyd edib.

“Lakin məqsədimiz hakimiyyətin dinc yolla ötürülməsidir”, - deyən müşavir məhz bu məqsədlə də Venesuelaya dair iqtisadi sanksiyaların tətbiq olunduğunu, siyasi təzyiqlərin artırıldığını dilə gətirib.

Açar sözlər: