İranlı "Ancelina Coli" həbs edildi - FOTO

07.10.2019 11:35
49
İranlı "Ancelina Coli" həbs edildi - FOTO

Hollivud ulduzu Ancelina Coliyə bənzəmək üçün saysız-hesabsız plastik əməliyyatlar keçirən iranlı Səhər Tabar həbs edilib.


Ekspress.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, dini təhqir etmək və əxlaqsızlığa təşviq ittihamı ilə tutulub. Tabarı bəzi şəxslər Tehrandakı dini quruma şikayət etdikdən sonra hüquq-mühafizə orqanları hərəkətə keçib.


21 yaşlı Səhər Coliyə bənzəmək üçün dəfələrlə bıçaq altına yatıb. Sosial şəbəkələrdə fotoları yayıldıqdan sonra dünya mediasının diqqətini çəkən Səhərin əslində heç bir əməliyyat keçirmədiyi, şəkillərin güclü qrim və proqramla hazırlandığı iddia edilirdi.


Səhər həbs edildikdən sonra milyonlarla izləyicisi olan İnstaqram hesabı da bağlanıb. Bu isə onun fanatlarının etirazına səbəb olub.


İranlı "Ancelina Coli" həbs edildi - FOTO


İranlı "Ancelina Coli" həbs edildi - FOTO



Ekspress.az

  • SON XƏBƏR
  • TREND