2018-ci ildə avtomobil idxalına 642 milyon dollar xərclənib

17.01.2019 15:58
327
2018-ci ildə avtomobil idxalına 642 milyon dollar xərclənib

Ötən il Azərbaycanın idxal etdiyi minik avtomobillərinin birinin orta qiyməti 22 min 222 dollar olub. Ekspress.az Dövlər Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkəmizə 28,876 min ədəd avtomobil gətirilib. Gətirilən avtomobillərin ümumi dəyəri 641,743 milyon dollar olub.


İdxal edilən avtomobillərin 26,147 mini minik, 2300 ədədi yük, 297 ədədi avtobus, 132 ədədi xüsusi təyinatlı nəqliyyat vasitəsidir.


Ötən il idxal edilən avtomobillərin dəyəri 422,160 milyon dollar, sayı 13 098 ədəd olub. İdxal edilən avtomobilin birinin orta dəyəri 32 230 dollar idi. Bu il idxal edilən avtomobillərin sayı 2,2 dəfə artıb, avtomobillərin orta qiyməti isə 45 fazi azalıb.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND