Zaqatalada tütünçülük sahəsində 1800-dən çox insan işləyir

06.06.2019 15:49
119
Zaqatalada tütünçülük sahəsində 1800-dən çox insan işləyir

Bu il Zaqatala rayonunun təsərrüfatlarında 649 hektar sahədə tütün əkilməsi nəzərdə tutulub. Zaqatalalı fermerlər builki mövsümdə 439 hektarda “Virciniya”, 17 hektarda “Berley”, 193 hektarda isə yerli tütün sortları yetişdirəcəklər. Təsərrüfatlarda tütün şitillərinin sahələrə köçürülməsi prosesi artıq başa çatmaq üzrədir. İndiyədək 615 hektara tütün şitili köçürülüb. Tütün əkininə 1800-dən çox mövsümi işçi cəlb olunub.


Bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.


Yengiyan kəndindən olan fermer Telman Həsrətov rayonun əsas tütün istehsalçılarındandır. Onun rəhbərlik etdiyi “Dağlar” kəndli-fermer təsərrüfatı dörd ildir ki, tütünçülüklə məşğul olur.


Fermerin bildirdiyinə görə, bu il təsərrüfatda 60 hektar “Virciniya”, 30 hektar yerli sortlar olmaqla, 90 hektar sahədə tütün əkməyi planlaşdırıb. İndiyədək 60 hektardan çox sahəyə şitil köçürülüb və tütün əkini üç-dörd gün ərzində başa çatdırılacaq (Azərtac.


Təsərrüfat sahibi havalar əlverişli keçərsə, bu il tütün sahələrindən 900 tonadək yaşıl kütlə götürəcəyini proqnozlaşdırır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND