Xorvatiya Macarıstanı, Slovakiya Uelsi qəbul edəcək - AFİŞA

10.10.2019 09:50
41
Xorvatiya Macarıstanı, Slovakiya Uelsi qəbul edəcək - AFİŞA

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində VII tura start veriləcək.


Ekspress.az -ın məlumatına görə, turun ilk oyun günündə qrupda 10 qarşılaşma təşkil olunacaq. 


E qrupunda Azərbaycan millisi heç bir matç keçirməyəcək.


Əvəzində Xorvatiya Macarıstanı, Slovakiya isə Uelsi qəbul edəcək. Qrupda Azərbaycan komandasından başqa digərləri final mərhələsi üçün şanslarını saxlayır. 


C qrupunda rəqiblərindən bir oyun az keçirən Hollandiya Şimali İrlandiya ilə üz-üzə gələcək. Qrupun digər qarşılaşmasında Belarus Estoniya ilə qarşılaşacaq.


G qrupunun iddialı komandalarından Polşa Latviyanın, Sloveniya isə Şimali Makedoniyanın qonağı olacaq. Son turlara kimi şansını qorumaq istəyən Avstriya İsraili qəbul edəcək.


I qrupundakı oyunlardan sonra isə Belçika və Rusiya final mərhələsinə vəsiqəni vaxtından əvvəl əldə edə bilər. 


AVRO-2020

Seçmə mərhələ, VII tur

10 oktyabr

C qrupu


20:00. Belarus - Estoniya

22:45. Hollandiya - Şimali İrlandiya

Xal durumu: Almaniya - 12 xal (5 oyuna), Şimali İrlandiya - 12 (5), Hollandiya - 9 (4), Belarus - 3 (5), Estoniya - 0 (5).


E qrupu


22:45. Xorvatiya - Macarıstan

22:45. Slovakiya - Uels

Xal durumu: Xorvatiya - 10 xal (5 oyuna), Slovakiya - 9 (5), Macarıstan - 9 (5), Uels - 6 (4), Azərbaycan - 1 (5).


G qrupu


22:45. Avstriya - İsrail

22:45. Şimali Makedoniya - Sloveniya

22:45. Latviya - Polşa

Xal durumu: Polşa - 13 xal (6 oyuna), Sloveniya - 11 (6), Avstriya - 10 (6), Şimali Makedoniya - 8 (6), İsrail - 8 (6), Latviya - 0 (6).

I qrupu 

18:00. Qazaxıstan - Kipr 

22:45. Belçika - San Marino 

22:45. Rusiya - Şotlandiya 


Xal durumu: Belçika - 18 xal (6 oyuna), Rusiya - 15 (6), Qazaxıstan - 7 (6), Kipr - 7 (6), Şotlandiya - 6 (6), San Marino - 0 (6). (report)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND