Zaqatalada 2 avtomobil toqquşub - Ölən var

22.02.2019 16:30
115
Zaqatalada 2 avtomobil toqquşub - Ölən var

Zaqatala rayonunun Göyəm kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


DİN-dən verilən məlumata görə, fevralın 21-də saat 18 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində rayon sakinləri B.Dadaşovun idarə etdiyi “Mercedes” və E.Qədimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub (Trend).


Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Qədimov orada ölüb.


Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND