Dövlət İmtahan Mərkəzinin ƏLDƏ ETDİYİ GƏLİR


08.07.2019 09:44
165
Dövlət İmtahan Mərkəzinin ƏLDƏ ETDİYİ GƏLİR

Dövlət İmtahan Mərkəzinin (DİM) cəmi aktivləri bu il yanvarın 1-nə 24,699 milyon manat təşkil edib.


Ekspress.az xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 42,2% çoxdur.


Hesabat dövründə DİM-in cəmi öhdəlikləri təxminən 20% azalaraq 408 min manata düşüb, cəmi kapitalı isə 44,1% artaraq 24,291 milyon manata çatıb.


Ötən il DİM-in əməliyyat gəlirləri 17,754 milyon, əməliyyat xərcləri 11,594 milyon manat, faiz gəlirləri 71 min manat, faiz xərcləri 1 min manat, inzibati xərcləri 1,552 milyon manat, dəyərsizləşmə zərəri 398 min manat, digər gəlirləri 229 min manat, digər xərcləri 35 min manat, mənfəət vergisi ödəmələri isə 208 min manat təşkil edib. Son nəticədə qurum ili 4,265 milyon manat xalis mənfəətlə başa vurub.


Xatırladaq ki, DİM ölkə prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Mərkəz dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND