Gülməyin orqanizm üçün faydaları - 6 maraqlı fakt

01.02.2019 04:12
195
Gülməyin orqanizm üçün faydaları - 6 maraqlı fakt


Gülməyi çoxları sevir. Lakin bu əyləncənin orqanizmə faydalı olduğunu çoxları düşünmür.


Ekspress.az "medicina.az"a istinadən gülməyin faydalarını açıqlayır:


1. Statistikaya görə, uşaqlar gün ərzində 300-400, böyüklər isə 15-20 dəfə gülürlər.


2. Gülüş ağciyərləri təmizləyir. Gülərkən insan dərindən və uzun nəfəs alır. Bu zaman ciyərlər daha sürtəli işləməyə başlayır. Bu isə orqanların qan dövranını yaxşılaşdırır.


3. Gülüş zamanı orqanizmdə xoşbəxtlik hormonu olan endorfin sintez olunur. Bu hormon yalnız insanı xoşbəxt etmir, həm də ağrıları aradan qaldırır.


4. Gülüş insanı artıq çəkidən xilas edir. Alimlər bildirirlər ki, gün ərzində 15 dəqiqə gülmək həftədə 3 dəfə edilən 30 dəqiqəlik idmanı əvəz edə bilər.


5. Gülüş ən yaxşı istirahət növüdür. 5 dəqiqəlik sağlam gülüş 30-40 dəqiqə istirahəti əvəz edir.


6. Çoxları elə düşünür ki, gülən zaman insanın üzündə qırışlar yaranır. Amma mütəxəssislər bildirirlər ki, gülüş üz əzələlərini möhkəmləndirir, dərini sağlam və cavan saxlayır.


Gülüş keçicidir. Əgər siz kiməsə gülümsəsəniz cavabında sizə də gülümsəyəcəklər. Buna görə ətrafınızdakıları öz gülüşünüzdən məhrum qoymayın.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND