Frankonun cənazəsinin qalıqları dəfn ediləcək

01.06.2019 20:20
50
Frankonun cənazəsinin qalıqları dəfn ediləcək

İspaniyanın hakimiyyət orqanları generalissimus Fransisko Frankonun cənazəsinin qalıqlarının iyunun 10-da yenidən dəfn ediləcəyini təsdiq ediblər.


Həmin gün Frankonun cənazəsinin qalıqları “Şəhidlər vadisi” memorial kompleksindən çıxarılıb diktatorun xanımının dəfn olunduğu Madrid məzarlığına gətiriləcək.


Kaudilyonun nəslinin nümayəndələri əvvəlki kimi ekshumasiyanın əleyhinədirlər. Onlar hesab edirlər ki, Şəhidlər vadisi babalarının rahat yatması üçün ən etibarlı yerdir (Azərtac). Yeni yerdə heç kəs “təhlükəsizliyə və toxunulmazlığa” zəmanət verə bilməz.

Qeyd edək ki, İspaniya hökuməti 2018-ci ilin avqustunda Tarixi Yaddaş haqqında Qanuna dəyişikliklər haqqında dekret qəbul edib.


Bu qanun Madrid ətrafındakı şəhidlər vadisində dəfn olunmuş generalissimus Fransisko Frankonun cənazəsinin qalıqlarının ekshumasiyasına və yenidən dəfn olunmasına imkan verir. Hökumətin sənədində yenidən dəfn olunmanın “təcili xarakterindən” danışılır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND