Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib -VİDEO

04.10.2018 16:47
280
Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib -VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təlim mərkəzlərində Raket və Artilleriya Qoşunlarının taktiki təlimləri keçirilib. Bu barədə "Ekspress.az"a Müdafiə Nazirliyindən bildirilib.

Verilən məlumata görə, bölmələrin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə gecə və gündüz vaxtlarında keçirilən təlimlərdə döyüş atışları icra olunub.


Şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.



Ekspress.az

Açar sözlər: